Fransada koronavirusa qarşı dərmanın sınaqları keçirilib

Fransa alimləri müvəffəqiyyətlə COVID-19 yoluxucu xəstəliyinə səbəb olan koronavirusa qarşı dərmanın sınaqlarını keçiriblər.

Marsel Universitetinin hospitalının əməkdaşlarının iştirakı ilə keçirilmiş tədqiqatın sınağı COVID-19-un simptomları aşkar olunmuş xəstələr üzərində aparılıb. Onlar arasında simptomatik müalicə və antibiotiklər qəbul edən 16 şəxs nəzarət qrupunu təşkil edib. Digər 14 şəxs 10 sutka ərzində hidroksixloroxin, onlardan 6-sı isə əlavə olaraq azitromisin qəbul edib.

Nəticədə artıq beşinci gün hidroksixloroxin və azitromisin kombinasiyasını qəbul edən pasiyentlər sağalıb, testlər bu insanlarda koronavirusun mövcudluğunu aşkar etməyib. Həmçinin doqquzuncu gün nəzarət qrupunun yeddinci günə qədər azitromisin qəbul etməmiş pasiyentlərindən biri sağalıb.

 

Qeyd edək ki, hidroksixloroxin malyariya xəstəliyinə qarşı, azitromisin isə antibiotik kimi istifadə olunur.

Olaylar.az

ƏVVƏLKİ XƏBƏR

Çindən ŞOK XƏBƏR: koronavirus yenidən yayılmağa başladı, çox sayda ölü var

SONRAKI XƏBƏR

Koronavirusla Mübarizəyə Dəstək Fonduna mədəniyyət xadimlərindən dəstək gəlir