Epidemiyalar dövründə fəallaşan onlayn fırıldaqçılardan necə qorunmalı?

"Koronavirusdan qorunmaq üçün ən aktual tövsiyələri oxuyun", "Peyvənd tapılması üçün maddi köməyimizi əsirgəməyək”, "Topdan qiymətlərlə maskalar və digər qoruyucu vasitələr alın".

Qaynarinfo xəbər verir ki, bu gün İnternet bu tip reklam və poçt göndərişləri kimi təklif və müraciətlərlə doludur. Onlara etibar edilməlidirmi? Mütəxəssislər bu cür xəbərlərdə gizlədilmiş təhlükələr barədə xəbərdarlıq edirlər.

Buna görə də bank mütəxəssisləri epidemiyalar zamanı özünüzü fırıldaqçılardan qorumaq üçün bəzi tövsiyələr verib.

Fırıldaqçılar təbii fəlakətlər, fövqəladə hallar, epidemiyalar zamanı vətəndaşları aldatmağa çalışaraq adətən aktivləşirlər. Onlar sizi rəsmi təşkilat adı altında maskalanaraq məktublar göndərə və ianə verməyə çağıra, yaxud dərman və dezinfeksiyaedici, qoruyucu vasitələr almağı təklif edə bilərlər.

Fırıldaqçıların saytda ödəniş etmək və ya "xeyirxah iş üçün" pul köçürülməsini istəyərkən, qurbanlar kartlarındakı bütün məlumatlara girişi açır ki, bu da pisniyyətlilərin onların hesablarını dərhal boşaltmasına imkan verir. "Bəzi hallarda, fırıldaqçılar hətta pul köçürməyə və ya nəsə almağa çağırmırlar. Onlar sadəcə, virusdan qorunmaq üçün ən aktual tövsiyələr və ehtimal olunan nüfuzlu təşkilatlar adından digər məlumatlarla sayta bir keçid verdikləri hansısa məktub və ya mesaj göndərirlər. O sayta girdiyiniz zaman smartfonunuzda zərərli bir proqram quraşdırıla bilər ki, bu da fırıldaqçılara məxfi məlumatları, məsələn, onlayn bankdan parol əldə etmək imkanı verir", - deyə kibertəhlükəsizlik üzrə mütəxəssislər izah edir.

Əgər siz virusdan qorunma tövsiyələri ilə tanış olmaq istəyirsinizsə, fişinq saytına düşməmək və sonra fərdi məlumatlarınızı əldən verib pul itkisi ilə üzləşmək istəmirsinizsə, həmin təşkilatın ünvanına özünüz keçidsiz daxil olun. Əgər ianə vermək istəyirsinizsə, təşkilatın həqiqətən pul toplayıb-toplamadığını öyrənmək üçün rəsmi veb saytına da girin. Bütün cihazlarınıza antivirus quraşdırın və mütəmadi olaraq yeniləyin. Yaxşı bir antivirus paketinə spam və фишинг e-poçtlarından qorunma xidməti daxildir. O proqramlar özləri şübhəli ünvanları tanıyır, - bu da mütəxəssisin tövsiyəsidir.

Əgər cinayətkarlar artıq kartınıza hələ də daxil ola bilirlərsə, dərhal bankın qaynar xəttinə zəng vuraraq onu bloklayın, bu nömrə həmişə kartınızın arxasındadır.

Unutmayaq ki, kiber gigiyena epidemiya zamanlarında ən etibarlı müdafiəçimizdir.

Qaynarinfo.az

ƏVVƏLKİ XƏBƏR

Binəqədidə mağazadan oğurluq edilib

SONRAKI XƏBƏR

Koronavirus bütün dünyaya yayılmağa davam edir