"Google Play Movies & TV" yaxın zamanlarda istifadəçiləri sevindirəcək

"Google Play Movies & TV" yaxın zamanlarda istifadəçiləri sevindirəcək

"XDA Developers" mobil tədqiqatlar cəmiyyətinin iştirakçıları "Google Play Movies & TV-də" ödənişsiz filmlərdən ibarət yeni bölmənin yaranacağını aşkarlayıblar.

Open.az xəbər verir ki, sözügedən bu ödənişsiz filmlər, reklam çarxlarının ara-sıra əlavəsi ilə birgə nümayiş olunacaq.

Sözügedən tapıntı "Android" platforması üzərində çalışan "Google Play Movies & TV" tətbiqinin "4.18.37" buraxılışının kodunda aşkarlanıb. Təchizatçılar araşdırmalarına görə kod vasitəsi ilə yeni funksiyaların yaxın zamanlarda təqdim edilməsi gözlənilir.

Beləliklə, "XDA Developers" təchizatçılarının verdiyi məlumata əsasən "Google Play Movies & TV" yaxın zaman ərzində yüzlərlə filmi "az saylı reklam" ilə istifadəçilərə təhvil verəcək.

Günel Gözəlova

Mənbə: open.az