"Google" şirkəti iOS platforması üçün yenilik təqdim etdi

"Google" şirkəti iOS platforması üçün yenilik təqdim etdi

"Google" şirkəti "iPhone" və "iPad" istifadəçiləri üçün "Podcasts" tətbiqini istifadəyə verdi.

Open.az xəbər verir ki, iOS-istifadəçiləri Android cihaz sahiblərində olduğu kimi, eyni dizayn ilə təchiz edilən tətbiqə sahib olublar.

iOS platforması üçün təqdim edilən tətbiq 3 fərqli bölmədən ibarətdir. Birinci bölmə "Home" adı altında sizin abunə olduğunuz, ikinci "Explorer" adı ilə tövsiyyə edilən, üçüncü "Activity" bölməsi isə ən son podkastları özündə birləşdirir.

Sözügedən tətbiqdə istənilən epizodları yükləyib, internetə qoşulmadan dinləmək mümkündür. Bundan əlavə tətbiq; yeni bildirişlər, dinləmənin sürətinin dəyişdirilməsi, avtomatik işə salınma və digər funksiyalar ilə təchiz edilərək iOS istifadəçilərinə təqdim edilib.

Günel Gözəlova

Mənbə: open.az