Bu Redmi modeli bazardakı 5G dəstəkli ən ucuz smartfon modeli olacaq

Bir neçə gün bundan öncə təqdim olunmuş Redmi K30 Pro smartfonu Snapdragon 865 prosessoruna sahib ən ucuz smartfon modeli oldu. İndi isə Redmi brendi həmçinin 5G şəbəkə dəstəkli ən ucuz smartfonu təqdim etməyi planlaşdırır. Gözləntilərə əsasən bu yeni smartfon Redmi Note 9 5G-dir. Smartfon artıq Çinin 3C adlı nizamlayıcı orqanının məlumatar bazasında ortaya çıxıb. Bu barədə Gizmochina saytı xəbər verib.

İnsayderlərin məlumatlarına əsasən M2002J9E model nömrəsinə sahib olan smartfon ilk növbədə Çin bazarı üçün nəzərdə tutulacaq. Daha öncədən Xiaomi şirkətinin prezidenti Lu Weibing qeyd etmişdi ki, Redmi Note 9 Pro və Redmi Note 9 Pro Max modellərinin Avropada satılacaqları bir caxtda Çindəki istifadəçilər daha çox 5G şəbəkə dəstəkli modellərə üstünlük verirlər.

Redmi Note 9 5G modelinin gözlənilən satış qiyməti 141$-212$-dır. Bu cür qiymət göstəricisi isə onu bazardakı 5G dəstəkli ən ucuz smartfon modeli edə bilər. Məlumata əsasən smartfonun satış qiymətinin aşağı salınması ilk növbədə Qualcomm prosessoru yerinə MediaTek Dimensity 800 5G prosessorunun istifadəsi ilə mümkün olacaq. Redmi Note 9 5G-nin nə zaman təqdim olunacağı barəsində bir məlumat verilməyib.

Technote

Banker.az

ƏVVƏLKİ XƏBƏR

Fransalı şahmatçı: "Teymur Rəcəbov haqlı idi"

SONRAKI XƏBƏR

Rusiyanın avtomobil zavodları fəaliyyətlərini dayandırır