Dünyanı xilas edən kəşf - Plastikləri yeyən canlı

Dünyanı xilas edən kəşf - Plastikləri yeyən canlı

Alimlər zəhərli plastiklə qidalanan bakteriya aşkar edib.

Cebhe.info-nun məlumatına görə, bakteriya onu yalnız parçalamır, həm də qidalanmaq üçün istifadə edir.

Böyük Britaniyanın “The Guardian” qəzeti yazır ki, bakteriya plastik əşyaların daşındığı zibil qutusunda tapılıb. Bu, poliuretanı parçalayan ilk bakteriyadır. Hər il milyonlarla ton plastik istehsal olunur ki, bu da idman ayaqqabıları, uşaq bezi, mətbəx buludları və köpük izolyasiyası üçün istifadə edilir. Onlar əsasən utilizasiya edilmir və poliqona göndərilir. Çünki plastikdən təkrar istifadə etmək çox çətindir.

Plastik parçalandıqda bakteriyaların əksəriyyətini öldürən zəhərli və kanserogen maddələr meydana gəlir. Lakin bu yaxınlarda aşkar edilmiş ştamm həmin təsirə davamlıdır. Alimlər mikroorqanizmin növünü və onun bəzi əsas xüsusiyyətlərini müəyyənləşdirib. Lakin onların qarşısında hələ görüləsi çox iş var. Hər şeydən əvvəl bu bakteriyanın köməyi ilə plastik tullantıları xeyli miqdarda təkrar emal etmək mümkün olacaq.

“Bu kəşf zəif təkrar emal olunan poliuretan məhsulların atılmasında mühüm bir addımdır” - Almaniyanın Helmholts Cəmiyyətinin Ekoloji Aradırmalar Mərkəzinin mütəxəssisi German Haypiper belə deyib.

Onun sözlərinə görə, on il sonra bu bakteriyanın sənaye miqyasında istifadəsinə başlamaq olar. Bu müddət ərzində təkrar emalı çətin olan plastiklərin istifadəsini və ətrafdakı miqdarını azaltmaq son dərəcə vacibdir. Alimlər laboratoriyada bu bakteriyanı poliuretanın əsas kimyəvi komponentlərini ilə qidalandırıb.

“Biz aşkar etdik ki, bakteriya bu əşyalardan karbon, azot və enerji mənbəyi kimi istifadə edir”, - Haypiper belə deyib.

“Ətrafda mühitdə çox miqdarda plastik varsa, bu çoxlu miqdarda karbon olması deməkdir. O, artdıqca qida kimi istifadə olunacaq”, - alman alim qeyd edib.

Müşfiq Abdulla
Cebhe.info

 

 

Mənbə: cebhe.info