Koronavirusa qalxan olan məhsullar SİYAHI

Koronavirusa qalxan olan məhsullar SİYAHI

Virusun ən böyük düşməni güclü immun sistemidir

Dünya Səhiyyə Təşkilatının pandemiya elan etdiyi, hər gün yüzlərlə insanın ölümünə səbəb olan koronavirusdan qorunmağın əsas yollarından biri immun sistemini möhkəmləndirməkdir. Bir neçə məhsul varki onlar viruslara qarşı ən yaxşı qalxan rolunu oynayırlar. Bəs onlar hansılardır?

C vitamini

İmmun sistemi deyəndə ilk ağla o gəlir. C vitamini güclü antioksidantdır, bədəni infeksiyalardan qoruyur, qan hüceyrələrinin fəaliyyətini daha da yaxşılaşdırır. Bakteriyaların və virusların səbəb olduğu infeksiyaların qaraşısını alır. Portağal, kivi, qreyfurt, cəfəri, bibər, limon kimi meyvə tərəvəzlər C ilə ən zəngin qida qrupuna daxildir.

A vitamini

Tənəffüs yolu infeksiyalarının qarşısını alınmasında önəmlidir. Qaraciyər və süd kimi heyvani qidalar, yerkökü, ispanaq, qabaq, qayısı, kartofda boldur.

D vitamini

Ən önəmli və tək qaynağı günəşdir. Küçəyə çıxmağın təhlükəli və qadağan olunduğu bu günlərdə eyvanlardan günəşin şüalarını qəbul etməyə çalışın.

Selen

Dəniz məhsulları, hind quşu, toyuq, göbələk tərkibindəki selen sayəsində bədəni infeksiylardan müdafiə edir.

Sink

Sik heyvani qidalardan yumurta, toyuq, balıq, qatıqda daha çoxdur. Bitki qaynağı isə fındıq, qabaq toxumu, fısrtıq kimi çərəzlərdir.

Soğan-sarımsaq

Hər gün istifadə etməyə çalışın.

Ədviyyat

Sarıkök, zəncəfil və qara istiot süfrədən əksik olmamalıdır. Bu üç ədviyyatı qarışdıraraq yeməklərə də əlavə edə bilərsiniz.

Çörəkotu yağı, bal, bəkməz

Hər gün bir qaşıq soyuq sıxım yağ için. Gün ərzində bal, bəkməz və propolis qəbulu da immun sistemini gecləndirməyə kömək edəcək.

Bol su

Gün ərzində azı 2 litr su içməyə çalışın. Maye qəbulunu bitki çayları ilə də zənginləşdirə bilərsiz.

Mənbə: istipress.com