Türkiyəli professor: “Koronavirusdan qorunmaq üçün əlcək taxmaq yanlışdır”

“Koronavirus pandemiyasından qorunmaq üçün bir çox insanlar işə və ya alış-veriş etməyə gedərkən əlcək və maska taxmağı üstün tuturlar. Lakin əlcəklərdən istifadə qoruyucu deyil və virusun daha çox yayılmasına səbəb olur”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu türkiyəli professor Ata Nevzat Yalçın deyib.

O, bunu əlcəyin əlin təmiz qalmasına mane olduğu ilə əsaslandırıb:

“Əlcəkdən istifadə hansısa yerdən götürülən virusu sonrada toxunulan hər yerə yayılması riskini artırmış olur. Əlcəklərin üzərində virus uzun müddət qala bilər. Əlcək istifadəsi yanlış qoruyucu vasitə növüdür. Virusa tutulmamaq üçün fərdi gigiyenaya diqqət yetirmək əsasdır. Əlcəklərdən yalnız tibb işçiləri istifadə etməlidir. Çünki şübhəli xəstələrlə onlar daha çox təmasda olur”.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Fransada bir gündə 300-ə yaxın insan öldü

SONRAKI XƏBƏR

Türkiyədə ölkədaxili uçuşlara MƏHDUDİYYƏTLƏR QOYULACAQ