Liftdə koronavirusa yoluxmamaq üçün çinlillər müxtəlif yollara əl atdılar

Səs nəzarəti sistemi, yemək və diş çubuqları, əlcəklər, salfetlər koronavirusun yayılmasına qarşı necə istifadə olunur?

Liftlər zəif havalandırma sistemi, qapı və düymələrə toxunan insanların çox olduğu qapalı bir yerdir. Ofislərdə və yaşayış binalarında fəal şəkildə istifadə olunur, buna görə onlardan gizlənəcək heç bir yer yoxdur. Liftlərdən istifadədən imtina edə bilərsiz, lakin bu, həmişə mümkün deyil.

Çində, əlbəttə ki, liftlər dezinfeksiya edilir, lakin sərnişin axınının çox olması səbəbindən bu, kifayət deyil. Liftdən istifadə etdikdən və maska taxdıqdan sonra əllərin necə yuyulmağına dair əsas tövsiyələri də nəzərə alsaq, Çin vətəndaşları liftdəki düymələri əlləri ilə basmamaq üçün ixtiraçılıq möcüzələri göstərirlər. Bu müxtəlif versiyalar bir az “dəlisov” görünsə də əslində olduqca təsirli ola bilər.

Belə bir vəziyyətdə, texnoloji cəhətdən ən təhlükəsizi səs nəzarət sistemidir. Təhlükəsiz olmasına baxmayaraq, məlum səbəblərdən hər yerdə mövcud deyil.

Ən məntiqli və eyni zamanda əlverişli bir yol əlcək geyinməkdir. Ancaq sadə yol olsa da bəzi çətinlikləri var. Əvvəla, əlcəklərin özləri müəyyən bir şəkildə mütəmadi olaraq dezinfeksiya edilməlidir. İkincisi, əlcəklərlə üzünüzə toxuna bilməzsiniz, buna görə də onları çıxartmalısınız. Beləliklə, bu metod xüsusilə praktik deyil.

Buna baxmayaraq, "Özünü qoruyanı - Allah da qoruyur" sözünə əməl edənlər də çoxdur. Belə ki, bəzi sərnişinlər liftdəki düymələri ayaqları ilə basmağı da cəhd ediblər.

Ayaqlarından bu qədər mahir şəkildə istifadə etməyə çətinlik çəkənlər isə başqa bir imkan düşünüblər - yemək çubuqları. Tamamilə universal bu vasitə - liftdəki düyməni, ictimai tualetlərdə suyu basmağa kömək edir.

Mövcud üsullardan digərləri isə diş çöpü və ya salfetdən istifadədir.

Ted.az

ƏVVƏLKİ XƏBƏR

93 yaşlı Britaniya kraliçasının koronavirus testi müsbət çıxdı

SONRAKI XƏBƏR

Trump GM şirkətini havalandırma vintilyatoru istehsal etməyə çağırdı