ABŞ koronavirusa qarşı çinlilərin tətbiq etdiyi bu üsuldan istifadə edəcək

ABŞ koronavirusa qarşı çinlilərin tətbiq etdiyi bu üsuldan istifadə edəcək

ABŞ Covid-19-la mübarizədə, koronavirusdan sağalan insanların plazmasından (qanın əsas hissəsi) istifadə edəcək.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ səhiyyə qurumu tərəfindən Covid-19 xəstələri üçün klinik təcrübələrin başlanılması qərara alınıb.

Belə ki, koronavirus pandemiyasından sağalan xəstələrin plazması, virusa yeni yoluxan xəstələrə köçürüləcək.

Sözügedən metod, əvvəlcə çox ağır və ölüm riski olan xəstələr üzərində sınaqdan keçiriləcək.

Nyu York Qan Mərkəzi tərəfindən, donorlardan toplanan plazmalar emal edilərək, ölüm riski olan xəstələr üçün plazma banklarında saxlanılacaq.

Təxminən yüz il əvvəl istifadə olunan bu üsul, peyvəndin kəşf olunmasından öncə qrip və qızılca xəstəlikləri üçün də, istifadə olunub.

Həmçinin SARS, Ebola virusları üçün qan plazmasının köçürülməsi mentodu tətbiq olunub.

Qeyd edək ki, bu üsul Covid-19-a qarşı ilk dəfə çinli həkimlər tərəfindən istifadə olunub.

Lalə Cəfərli

Mənbə: www.yeniavaz.com