Küçə üçün pilotsuz dezinfektor maşın hazırlanacaq

Küçə üçün pilotsuz dezinfektor maşın hazırlanacaq

Rusiyada küçələri dezinfeksiya etmək üçün pilotsuz dezinfektor maşın istehsal olunacaq.

TED.az xəbər verir ki, sözügedən maşının hazırlanması bir neçə aya başa gələcək.

Maşının hazırlanmasında bir neçə yerli şirkət, o cümlədən məşhur pilotsuz avtomobil istehsalçısı "StarLine" maraqlıdır.

Məlumata görə, hazırlanacaq pilotsuz maşın adı pilotsuz avtomobillərdən bir o qədər də fərqlənməyəcək:" Sadəcə bu maşında infeksiyadan etmək üçün maddə püskürən alət olacaq".

Bu cihazın artıq Çində istifadə olunduğu da qeyd edilib.

İlkin məlumata əsasən, maşın operator tərəfindən idarə olunacaq. Əgər maşın işinin öhdəsindən gələ bilməsə, o zaman operator iş prosesinə müdaxilə edəcək.

Qeyd edək ki, pilotsuz dezinfektor maşın bir çox ölkədə, həmçinin Rusiyada da yayılan "COVID19" pandemiyasının qarşısını almaq üçün istehsal olunacaq.

Mənbə: ted.az