Rusiyada koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi üçün preparat təqdim edilib

Rusiyada koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi üçün preparat təqdim edilib

Moskva, 28 mart, AZƏRTAC

Rusiya Federal Tibbi-Biologiya Agentliyi (RTBA) koronovirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi üçün “Mefloxin” preparatını təqdim edib.

AZƏRTAC xəbər verir ki, agentliyin məlumatında deyildiyi kimi, preparat Çində və Fransada koronavirus infeksiyasının müalicə təcrübəsi əsasında hazırlanıb. “Mefloxin” koronavirusun tsitopatik təsirini bloklayacaq, virusun səbəb olduğu iltihab prosesinin aktivləşməsinin qarşısını alacaq. Bu isə koronavirusa yoluxmuş xəstələri müalicə etməyə imkan verəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

AZERTAG.AZ :Rusiyada koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi üçün preparat təqdim edilib

Mənbə: azertag.az