Qlobal peyk internetini buraxacaq şirkət müflis oldu

Qlobal peyk internetini buraxacaq şirkət müflis oldu

Qlobal peyk internetini buraxmağı vəd edən "OneWeb" şirkəti müflis oldu.

TED.az xəbər verir ki, şirkət COVID-19 pamdemiyasına görə müflis olub.

Mətbuatda yayılan məlumata əsasən, "OneWeb" Nyu-York məhkəməsinə müflis olması barədə ərizə verib.

Sözügedən şirkət ilin əvvəlindən peyki buraxmaq üçün müxtəlif maliyyə dəstəyi verən qurumlara müraciət də edib. Son anda Yaponiyaya məxsus "Softbank"la danışıqlar uğursuz olub. Koronavirus pandemiyasına görə, bazarda yaranmış qeyri-satibllik demək olar ki, "OneWeb" şirkətinin bütün danışıqlarını uğursuz edib. Dünyaca məşhur olan şirkət əməkdaşlarının böyük əksəriyyətini işdən azad edəcəyini də vurğulayıb.

Xatırladaq ki, "OneWeb" şirkəti 2027-ci ildə bütün dünyanı yüksək sürətli internetlə təmin etmək üçün, səmaya peyk buraxacağını elan etmişdi.

Mənbə: ted.az