Deputatlar koronavirusla əlaqədar olaraq iclası həyətdə keçirdilər

Deputatlar koronavirusla əlaqədar olaraq iclası həyətdə keçirdilər

Koronovirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar olaraq dünyanın müxtəlif ölkələrində karantin rejimi tətbiq edildiyindən insanlar iş fəaliyyətini davam etdirmək üçün kreativ addımlar atırlar. Ukraynalı deputatlar isə koronavorusla əlaqədar olaraq iclası qapalı şəraitdə deyil, açıq havada keçirməyə qərar veriblər.

“Ölkə.Az” “strana.ua”ya istinadən xəbər verir ki, Dnerp şəhər sovetinin deputatları koronavirusla əlaqədar olaraq tətbiq edilən karantin rejimin tələblərinə uyğun olaraq iclası şəhər sovetinin həyətində keçirməli olublar.

Qeyd edək ki, koronavirusla əlaqədar olaraq Ukraynanın 8 vilayətində fövqəladə vəziyyət, bütün ölkə ərazisində isə karantin rejimi tətbiq edilib.

Ölkə.Az

Mənbə: olke.az