“Lockheed” ABŞ donanması üçün“Trident II” raketləri istehsal edəcək

“Lockheed” ABŞ donanması üçün“Trident II” raketləri istehsal edəcək

“Lockheed Martin” ABŞ Hərbi Dəniz Qüvvələri üçün “Trident II” D5 sualtı gəmidən atılan ballistik raketlər istehsal edəcək. Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında məlumat yayılıb.

Bildirilir ki, tərəflər arasında bağlanan müqavilənin dəyəri 601.3 milyon dollardır.Müqavilədə nəzərdə tutulan sayda raketlərin istehsalı və çatdırılması üçün son tarix 2024-cü ilin sentyabr ayı müəyyənləşdirilib.

Sevinc Əliyeva
Ordu.az
 

 

Mənbə: ordu.az