ABŞ ordusu yeni helikopterin istehsal etməsi üçün “Bell” və “Sikorsky” şirkətləri ilə razılaşıb

ABŞ ordusu yeni helikopterin istehsal etməsi üçün “Bell” və “Sikorsky” şirkətləri ilə razılaşıb

ABŞ ordusu gələcəkdə hücum helikopterlərinin əldə edilməsini nəzərdə tutan proqram çərçivəsində yeni helikopterin (rotarkraftın) prototipinin istehsal edilməsi üçün “Bell” və “Sikorsky” şirkətləri ilə razılaşıb. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni protoriplərin təqdim edilməsi üçün son tarix 2023-cü il müəyyən edilib.

Bildirilir ki, proqram çərçivəsində ABŞ hökuməti sürətli bir şəkildə ordunun qabiliyyət boşluğunu doldurmaq üçün növbəti nəsil hücum-kəşfiyyat helikopteri əldə etmək istəyir.

Şərti olaraq Gələcək Hücum-Kəşfiyyat Helikopteri (FARA) adlandırılan vasitə düşmən PUA-larını məhv etmək, quru qoşunlarına kəşfiyyat və hücum dəstəyi vermək üçün nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az