Bu ayda doğulanların infarktdan ölmə riski daha yüksəkdir

Hardvard universitetinin alimləri yaz-yay aylarında doğulan insanların ürək xəstəliklərinə tutulma riskinin daha yüksək olduğunu açıqlayıb.

Milli.Az xəbər verir ki, əgər aprel ayında anadan olmusunuzsa ürək-damar xəstəliklərindən əziyyət çəkmə ehtimalınız daha yüksəkdir. İngiltərənin tibb jurnalında dərc olunan məqalədə bildirilir ki, 116 min 911 qadın üzərində təcrübə aparılıb. Mart və iyul ayında doğulan qadınların infarktdan ölmə riski noyabr ayında doğulanlara nisbətdə yüzdə 9 faiz daha çoxdur. Təcrübə 30 ilə 55 yaş qrupu qadınlar arasında 38 il davam edib. Bu müddət ərzində 8360 nəfər ürək-damar xəstəliklərindən həyatını itirib. Alimlər hesab edir ki, bunu təkcə insanların doğulduğu tarix və ayla əlaqələndirməməli, yedikləri qidalarla, təmiz hava şəraiti ilə də bağlı olduğunu bildiriblər. (ölkə.az)

Milli.az

ƏVVƏLKİ XƏBƏR

İranda koronavirusun müalicəsi üçün bitki tərkibli dərman sınaqdan keçirilir

SONRAKI XƏBƏR

"Rus bazarı"nda insanlar həyatları ilə "bazarlıq" edir