WhatsApp story-lərində videoların müddəti qısaldılır – SƏBƏB

WhatsApp story-lərində videoların müddəti qısaldılır – SƏBƏB

Dünyanın bir çox ölkəsində koronavirus pandemiyasından dolayı məsafədən iş metoduna keçildiyindən internet isitfadəsi artıb. Bu səbəbdən dolayı əksər platofrmalar bəzi qısıtlama addımları atıb.
TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur mesajlaşma tətbiqi WhatsApp da hekayə (story) videoların vaxt limitinə yenidən baxmaq qərarına gəlib.
Belə ki, platforma rəsmiləri "story" videolarının müddətini qısaltmağa hazırlaşırlar.
İlk mərhələdə Hindistanda tətbiq ediləcək bu qısaltma çərçivəsində "story" videoları 30 yox, 15 saniyə olacaq.
Bu qısıtlamanın bir müddət sonra əksər ölkələrdə də tətbiq ediləcəyi deyilir.

Mənbə: ted.az