"Mersedes-Benz" 77 mindən çox avtomobili geri çağırdı

Almaniyanın məşhur avtomobil brendi "Mersedes-Benz"in Çindəki müştərək müəssisəsi olan "Beijing Benz Automotive"in istehsal etdiyi 77 min 607 avtomobil geri çağırılır.

Axar.az xəbər verir ki, avtomobillərin geri çağırılmasına səbəb sükan idarəetməsinin gücləndiricisində potensial problemlərin olmasıdır. Martın 31-dən başlanacaq proses çərçivəsində 2016-cı ilin oktyabr ayından 2018-ci ilin aprelinədək olan müddətdə buraxılmış "S-klass", "E-klass" və "GLC SUV" modelləri geri çağırılacaq.

"Beijing Benz Automotive" avtomobilləri yoxlayacaq və nasazlıq aşkarlanarsa öz hesabına dəyişəcək.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə taksilərin fəaliyyəti məhdudlaşdırılır

SONRAKI XƏBƏR

Dünyada koronavirusa yoluxanların SAYI - 657 mini ötdü