Avstraliya HHQ iyul ayında baş tutacaq təlimləri ləğv etməyib

Avstraliya HHQ iyul ayında baş tutacaq təlimləri ləğv etməyib

Avstraliya Kral Hərbi Hava Qüvvələri yeni növ koronavirus (COVID-19) təhlükəsinə və bununla bağlı səyahət məhdudiyyətlərinə baxmayaraq, hələ də iyul ayında Darvin şəhərində “Pitch Black” təlimlərini keçirməyi planlaşdırır. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimlərdə Cənub-şərqi Asiyadan bir neçə ölkə ilə yanaşı, Yaponiya Hava Hücumundan Müdafiə Qüvvələrinin F-2 qırıcıları da iştirak edəcək.

Buna baxmayaraq, Avstraliya Müdafiə Nazirliyi koronavirusla bağlı vəziyyətin həddindən artıq ciddi olacağı təqdirdə təlimlərin keçirilməsi barədə qərarın yenidən qiymətləndirilə biləcəyini açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

Mənbə: ordu.az