Avstraliya HDQ-nin “Arafura” sinfinə məxsus patrul gəmisinin inşası başlayıb

Avstraliya HDQ-nin “Arafura” sinfinə məxsus patrul gəmisinin inşası başlayıb

Avstraliya Müdafiə Nazirliyi tərəfindən sifariş verilən 12 ədəd “Arafura” sinfinə məxsus dəniz patrul gəmisinin (OPV) üçüncüsünün inşası başlayıb. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə istehsalçılar “Lürssen” və hökumətə məxsus “Osborne” şirkətlərinin nümayəndələri məlumat verib.

Bildirilir ki, gəminin inşası 2022-ci ilədək yekunlaşacaq.

Qeyd edək ki, gəmilərin inşa edilməsi barədə müqavilə 2017-ci ildə imzalanıb. Müqavilənindəyəri 2.5 milyard ABŞ dollarıdır.
 

 

Mənbə: ordu.az