Koronavirus hansı temperaturda çox yaşayır?

Koronavirus hansı temperaturda çox yaşayır?

Virusun ən çox qaldığı səhtlərdə müəyyən edilib

Koronavirusun ən uzun müddət yaşaya bildiyi temperatur bəlli olub. Elm adamlarının apardıqları araşdırmalara görə, bütün dünyanı cənginə alan virus 4 dərəcə temperaturda uzun müddət yaşaya bilir.

Hong Konq Universitetinin mütəxəssislərinin sözlərinə görə, COVİD-19 4 derəcəlik temperaturda uzun müddət fəal qala bilir. Əgər dezinfeksiya aparılmarsa onun təsirləri 14 gündən sonra azalır.

Bununla yanaşı virus yüksək temperatura qarşı da dayanıqsızdır. 70 dərəcədə o 5 dəqiqə ərzində məhv olur.

Alimlər virusun müxtəlif səhtlərdə nə qədər qala biləcəyini də araşdırıblar. Tədqiqatlar göstərib ki, kağız üzərində 3 saat, geyimlərdə və taxtada 2 gün, şüşə üzərində 4, plastik səhtlərdə isə 1 həftəyə yaxın dayanıqlılıq göstərir.

Ən təhlükəli səhtlərdən biri də tibbi maskalardır. Koronavirus bu maskalarının çöl üzündə 7 günə qədər yaşaır. Bunun üçün də mütəxəssislər mümkün qədər tez-tez maskaları dəyişməyi məsləhət görürlər.

Mənbə: istipress.com