Qoruyucu maskaların çox sayda istifadəsinə imkan verən XÜSUSİ TEXNOLOGİYA

Qoruyucu maskaların çox sayda istifadəsinə imkan verən XÜSUSİ TEXNOLOGİYA

ABŞ-da qoruyucu maskaların çox sayda istifadəsinə imkan verən xüsusi texnologiya hazırlanıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın ərzaq məhsullarının və dərmanların keyfiyyətinə sanitar nəzarət idarəsi tibbi maskaların sterilizasiyası üçün yeni bir texnologiyanın tətbiqini təsdiqləyib.

Məlumata görə, hazırda bütün dünyada tibbi maskalara yüksək tələbat var. Bu səbəbdən yeni texnologiya vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün bir fürsət verəcək.

“Battelle Memorial Institute” tədqiqat təşkilatından olan müəlliflərin sözlərinə görə, yeni texnologiya N95 növündən olan hər maskanı 20 dəfədən çox dezinfeksiya edilməsinə imkan yaradacaq.

ABŞ-ın adıçəkilən idarəsi əvvəlcə Ohayo ştatında gündə 10 mindən çox maskanın dezinfeksiyasına razılıq verib.

Bir müddət sonra məhdudiyyət götürülüb, ona görə yeni texnologiya tibb işçilərinə təkcə Ohayoda yox, koronavirusun daha çox yayıldığı Nyu-York və Vaşinqtonda da kömək edəcək.

Son informasiyaya görə, ABŞ-da 142 min yoluxma halı qeydə alınıb.

Mənbə: lent.az