Çin “qələbəni” bayram edir: Qanlı yarasa bazarları yenidən açıldı, insanlar axın etdi

Çin “qələbəni” bayram edir: Qanlı yarasa bazarları yenidən açıldı, insanlar axın etdi

Paslı qəfəslərə tıxanmış itlər və pişiklər. Xalq təbabət vasitələri kimi satışa çıxarılmış yarasa və əqrəblər… Bir az aralıda çirkli, palçıq-pasaqlı, kəsilmiş ayrı heyvanların qanlı içalatı iylənən daş döşəmələr üstündə kəsilmiş dovşan və ördəklər…

KONKRET.az xəbər verir ki, bu qorxunc mənzərələr dünən üç ay əvvəl başlamış epidemiya üzərində “qələbə”ni bayram edən Çinin yenidən açdığı, cürbəcür ekzotik heyvanlarla dolu, gələcək pandemiyalara səbəb ola biləcəyini nəzərə almayıb heç bir gigiyena standartlarına əməl etməyən bazarlardan birinə aiddir.

Minlərlə insanın axın etdiyi qapalı bazardakı bu mənzərələri isə “Daily Mail”in müxbiri Çinin cənub-qərbindəki Quilində şəhərində müşahidə edərək yayıb.

Mənbə: konkret.az