Plazada atəş açan Paşinyan tərəfdarı günahsız olaraq tanınıb – O, şizofreniya-paranoid xəstəsidir?

Plazada atəş açan Paşinyan tərəfdarı günahsız olaraq tanınıb – O, şizofreniya-paranoid xəstəsidir?

2020-ci il yanvarın 23-də İrəvandakı Erebuni Plazaya daxil olmuş və atəş açmış 32 yaşlı Artur Torosyan (plazada Köçəryanın ofisini axtaran Paşinyan tərəfdarı-red.) günahsız kimi tanınıb. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Artur Torosyanın vəkili Eduard Ağacanyan məlumat verib.

O qeyd edib ki, ehtiyat tədbiri ləğv edilib, təhlükəsizlik tədbiri seçilib və onu yenidən psixiatrik xəstəxanaya qaytarıblar, çünki o, şizofreniya-paranoid xəstəliyi olmaq əsası ilə günahsız kimi tanınıb.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az