Rusiya fotoşəkil çəkmək üçün nəzərdə tutulan hərbi təyyarənin modifikasiyasını tamamlayıb

Rusiya fotoşəkil çəkmək üçün nəzərdə tutulan hərbi təyyarənin modifikasiyasını tamamlayıb

Rusiya havadan fotoşəkillər çəkmək üçün nəzərdə tutulan An-140-100 hərbi təyyarəsinin modifikasiyasını tamamlayıb. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarə tezliklə uçuş sınaqlarından keçiriləcək.

İkiqat mühərrikli təyyarə kartoqrafik iş üçün xüsusi avadanlıqla təchiz olunub. Modernləşdirilmiş təyyarə tezliklə yoxlamalardan keçməli və sınaq uçuşlarına başlamalıdır.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az