Nə üçün iybilmənin itməsi koronavirusun simpomudur? - Nevroloqdan açıqlama

Nə üçün iybilmənin itməsi koronavirusun simpomudur? - Nevroloqdan açıqlama

Koronavirus infeksiyasının iy və dadbilmə hissinin itirilməsi ilə əlaqəli olub-olmaması hələ də alim və həkimlərin cavabını tapmağa çalışdğı suallardan biridir. Hələ ki , COVID-19 pandemiyası zamanı bu problemlə qarşılaşan insanlar sosial şəbəkələrdə həyəcanlarını bölüşür və bu vacib hisslərin tam olmaması ilə bağlı fikirlərini təsvir edirlər.

Ens.az bildirir ki, tibb işçiləri bu xəstəliyi - anosmiya adlandırırlar. Bununla doğula bilərsiniz, həmçinin zədə almaqla, nevroloji vəziyyət və ya bir virus infeksiyası ilə də əldə edə bilərsiniz. COVID-19 son hala uyğun gəlir.

Kanadadan olan kliniki nevroloq Pol Masiovski, belə bir anosmiyanın burun tutulması və ya beynin hansısa ciddi zədəsinə görə olmadığını iddia edir. Respirator virusları (koronavirus da daxil olmaqla) qoxuları hiss etmək üçün burunda olan zəruri iybilmə reseptorlarına zərər verə bilər. Bundan əlavə, onlar burun boşluğunun selikli qişasında yerləşən olfaktiv sinirin şişməsinə səbəb ola bilər. Sinir funksiyasının pozulması, ümumiyyətlə xəstələrdə ağrıya səbəb olmur və insanlar belə vaxtlarda adətən güclü burun tutulması yaşamırlar.

Anosmiyanın bu forması qoxu hissini əhəmiyyətli dərəcədə azaldır və hətta tamamilə itkisinə səbəb olur və əlavə olaraq xəstəliyin müalicəsindən sonra uzun müddət davam edə bilər. Masiovski, qoxu hissinin yaxşılaşa biləcəyini qeyd edir, ancaq reseptorlara və sinirlərə dəyən ziyanın çoxunun sabit qalacağından narahatdır. Həkim, COVID-19-un adi soyuqdəymə virusundan daha çox anosmiyaya səbəb olduğundan əmin deyil. Bəlkə də vəziyyətdəki bu sıçrayış, insanların sağlamlığına daha çox diqqət yetirməsi və simptomları başqaları ilə bölüşməyə başlaması ilə əlaqədardır. Lakin korrelyasiya (bir və ya bir neçə göstərici arasında asılılıq) təsdiqlənərsə, anosmiya COVID-19-un fərqləndirici simptomları siyahısına daxil ola bilər.

Mənbə: www.ens.az