Yapon elm adamlarından qorxuducu iddia: "Virus havada qala bilər"

Yapon elm adamlarından qorxuducu iddia: "Virus havada qala bilər"

Dünyada minlərlə insanın ölümünə səbəb olan koronavirusun daha bir yolla yoluxduğu iddiası ortaya çıxıb.

Moderator.az xəbər verir ki, yaponiyalı elm adamları virusun bu qədər sürətli yayılmasının səbəbinin havada asılı qalan "mikropartiküllər"olduğunu iddia edib.

Ümumdünya Səhiyyə Təşkilatı isə koronavirusun hava yolu ilə yoluxmadığını bildirərək virusun xəstə insanların öskürmə, asqırma və ya danışıq zamanı yoluxa bilcəyini söyləyib.

İnsanların söhbət edərkən tənəffüs yolu ilə qarşısındakına virusu yoluxdurduğunu söyləyən Yaponiya Yoluxucu Xəstəliklər Təşkilatının başçısı Kazuhiro Tateda "Xəstəliyin bu qədər irəliləməsinə adi damcılar səbəb ola bilməz" deyib.

Kamran

Mənbə: moderator.az