“Amazon” şirkəti minlərlə işçisinin koronavirusa yoluxduğunu etiraf edib

“Amazon” şirkəti minlərlə işçisinin koronavirusa yoluxduğunu etiraf edib

“Amazon” şirkəti hazırda ABŞ-da ən çox tələbat görən qurumlardan biridir. Belə ki, koronavirus pandemiyası səbəbindən evlərində oturan amerikalılar zəruri malları bu cür onlayn platformalar vasitəsilə əldə edirlər.

“Reuters” agentliyinin xəbərinə görə, dünyanın ən varlı adamı sayılan, milyarder Ceff Bezosa məxsus şirkət artıq minlərlə əməkdaşının koronavirusa yoluxduğunu bildirib. Bu isə dünyanın ən böyük riteyler firmasını malların tədarükünü dayandırmaq təhlükəsi qarşısında qoyub.

“Amazon” öz əməkdaşlarının sağlığı və təhlükəsizliyi üçün bütün profilaktik tədbirlərin görüldüyünü bəyan etsə də, artıq bununla bağlı çıxan xəbərlər işçilər arasında əsl panika yaradıb. Nəticədə Nyu-York anbarlarnda çalışan onlarla insan dünən işi buraxdıqlarını açıqlayıblar.

Bundan başqa, şirkətin bir sıra ölkələrdəki filialları qarşısında etiraz aksiyaları keçirilib.

Ümumilikdə “Amazon”un infrastrukturuna 519 tədarük məntəqəsi, o cümlədən sifariş mərkəzləri, stansiyalar və anbarlar daxildir.

ABŞ-ın özündə federal səviyyədə başqa iri korporasiyalar koronavirusla mücadiləyə qoşulublar. Prezident Donald Tramp müdafiə haqqında qanundan istifadə edərək çoxmilyardlı sənaye istehsal firmaların bütün ölkənin süni ventilyasiya aparatları ilə təchiz etmək tapşırığını verib. Onun sözlərinə görə, hazırda 10 şirkət hazırda tibb avadanlıqlarının istehsalı və ixracını həyta keçirir.

Məsələn, minik avtomobillərinin buraxılışı ilə tanınan “Ford” şirkəti “General Electric” korporasiyası ilə birlikdə Miçiqandakı zavodunda növbəti 100 ərzində 500 min süni tənəffüs aparatı istehsal edəcəyin açıqlayıb.

Mənbə: cia.az