İnsanlar nə üçün ev heyvanlarından koronavirusa yoluxmur? - Professordan açıqlama

İnsanlar nə üçün ev heyvanlarından koronavirusa yoluxmur? - Professordan açıqlama

" Ev heyvanlarının da koronavirusa yoluxma ehtimalı var, ancaq bu, onların insanları yoluxdura biləcəyini ifadə etmir". Ens.az bildirir ki, bunu Rusiyada Mikroorqanizmlərin Ekologiyası Laboratoriyasının müdiri, professor Mixail Şelkanov söyləyib.

"Bir çox məməlilər bu xəstəliyə yoluxa bilər. Ancaq bilmirik ki, onlar nə qədər intensiv xəstələnirlər və nə qədər virus yayırlar. Çində yarasaların insanlara birbaşa yoluxdurması da nadir hadisə idi. Ev heyvanları isə əksər hallarda ilk növbədə arada olan sahiblərinə yoluxdururlar" deyib.

Onun sözlərinə görə, məsələn, 2002-ci ildə SARS virusu zamanı Şərqi Asiyada qida olaraq istifadə edilən Himalay sivetləri ilə bu cür hallar yaşanmışdı. Orta Şərqdə tənəffüs yolları sindromu ilə bağlı xəstəlik yayılanda bu rolu dəvələr oynamışdılar

"Kiçik məməlilərə, itlərə və pişiklərə yoluxma şansı var, lakin bu, onların xəstə olduqda insanlara yoluxduracaqları demək deyil. Çindəki eyni Himalay sivetlərindən fərqli olaraq biz onları yemirik. Yəqin ki, bizim şəraitimizdə onlar zərər çəkmişlər, virus dövriyyəsinin son nöqtələri kimi. Ancaq bütün bunlar öyrənilməlidir "deyə o əlavə edib.

Mənbə: www.ens.az