Koronavirus hətta sağlam insanlarda da ürək xəstəliyinə səbəb ola bilər

Koronavirus hətta sağlam insanlarda da ürək xəstəliyinə səbəb ola bilər

Amerikalı alimlərin apardıqları yeni araşdırmaya görə, koronavirus ürək-damar xəstəlikləri olan insanları daha tez-tez öldürməklə yanaşı, əvvəllər sağlamlıq problemləri yaşamamış insanlarda ciddi ürək zədələrinə səbəb ola bilər. Bu, adı çəkilən virusu xüsusilə təhlükəli hala gətirir.

Yeni koronavirus ürək-damar xəstəlikləri də daxil olmaqla xroniki sağlamlıq problemləri olan xəstələr üçün xüsusilə təhlükəlidir. Statistikaya görə, ürək xəstəlikləri olan insanlar arasında, məsələn, hipertaniyada ölüm halları 10,5% -ə çatır.

Ancaq yeni bir araşdırma göstərir ki, COVID-19 sağlam insanların da ürəklərinə zərər vura bilər.

Ens.az saytının istinad etdiyi "Science Daily"-nin qeyd etdiyi kimi, artıq elm adamları koronavirusun ağciyərlərə uzun müddət zərər verdiyini bilirlər. Ancaq bu vaxta qədər ürəyə təsiri haqqında demək olar ki, heç bir şey bilinmirdi.

Bu boşluğu doldurmaq üçün Texas Universitetinin mütəxəssisləri həm yeni koronavirus, həm də digər koronaviruslar - SARS və Orta Şərq tənəffüs sindromunun (MERS) törədiciləri haqqında məlumatları təhlil ediblər. Xüsusilə SARS patogeninin kəskin koronar sindromu və miyokard infarktına səbəb olduğu bilinir. Koronavirusların səbəb ola biləcəyi digər ağırlaşmalar aritmiya və ürək çatışmazlığının ağırlaşmasıdır.

Müəlliflərin fikrincə, COVID-19, əvvəlki xəstəliklər olmadıqda belə, ürək əzələsinə ziyan vurma ehtimalı yüksəkdir. Eyni zamanda ürək çatışmazlığı olan xəstələr daha böyük risk altındadır.

Qeyd edək ki, hələ koronavirusun yenidən yoluxa biləcəyi bilinmir. Məlumata görə, xəstəlikdən sonra immunitrt ən azı bir il və ya iki il ərzində kifayət etməlidir, lakin bu barədə tam əminlik yoxdur. Bu sirrin COVID-19 anticisimlərinin analizi ilə çözüləcəyi güman edilir.

Mənbə: www.ens.az