"Peyvənd olmadan kollektiv immunitetə getmək 54 milyon insanı öldürəcək"

"Peyvənd olmadan kollektiv immunitetə getmək 54 milyon insanı öldürəcək"

İndi mütəxəssislər tərəfindən ciddi müzakirə olunan koronavirusun aradan qaldırılması strategiyalarından biri də peyvənd olunmadan kollektiv immunitetin əldə edilməsidir. Epidemioloq Qideon Meyerovits-Kats hesab edir ki, pandemiya ilə mübarizədə bu üsul olduqca təhlükəlidir və vaksin yaradılmamış bu barədə düşünmək olmaz. Əks təqdirdə, kifayət qədər qısa müddətdə 27 milyondan 54 milyona qədər insanın öləcəyi ilə barışmalı olacağıq.

Ens.az saytı bildirir ki, "Kollektiv immunitet” strategiyasının məqsədi əhalinin zəif təbəqəsinin müdafiəsini təmin etməklə, digər təbəqələrin yoluxmasına və beləliklə ümumi immun sistemi yaratmaqdır.

Ekspert öz fikirlərini bu cür davam etdirir: "Məsələn, qulaqdibi (svinka-red.) xəstəliyini götürün - əsas böyümə dərəcəsi (R0) 10-12 olan yoluxucu xəstəlikdir. Bu o deməkdir ki, heç kimdə bu virusa qarşı immunitet yoxdur və hər bir xəstə daha 10-12 nəfəri yoluxduracaqdır. Bu, əhalinin 95% -nin yoluxacağı deməkdir. Ancaq bu vəziyyətdə belə, 5% immunitet səbəbiylə xəstələnməyəcək.

Vaksinasiya yolu ilə onların sayını artıra bilərik. Virusa qarşı immunitetli insanların sayı kifayət qədər çoxaldıqdan sonra xəstəliyin yayılması dayanacaq. Bu kollektiv immunitetdir. Qulaqdibi xəstəliyi halında, əhalinin 92% -i ona sahib olmalıdır ki, sonra xəstəlik tamamilə dayansın.

COVID-19, qulaqdibi xəstəliyi ilə müqayisədə daha az yoluxucu olur: R0 təxminən üçə bərabərdir. Virusun yayılmasından əvvəl immunitet qazanmalı olan əhalinin faizi təxminən 70% -dir. Qulaqdibi xəstəliyindən daha az, lakin yenə də əhalinin əksəriyyəti. Buna görə də kollektiv immunitet profilaktik tədbir hesab edilə bilməz, Qideon Meyerovits-Kats vurğulayır.

Əgər əhalinin 70% -i yoluxursa, bu, artıq profilaktika deyil. Bundan əlavə, infeksiyanın fəsadlarını unutmamalıyıq - ən nikbin proqnoza görə, COVID-19-dən ölüm nisbəti 0,5% -dən 1% -ə qədərdir. Əhalinin 70% -i koronavirusa tutulsa, ən optimist hesablamalara görə, dünya əhalisinin təxminən 0.35% - 0.7% öləcək. Kobud hesablamalara görə bu 27 milyondan 54 milyon nəfərə qədərdir.

Hətta əgər dərmanlarla ölüm hallarını azaltmaq mümkün olsa belə, yoluxanların təxminən 10% xəstəxanaya yerləşdiriləcək və bu, səhiyyə sisteminə və bütövlükdə iqtisadiyyata böyük bir yükdür.

Kollektiv immunitet bir həll deyil, Kats hesab edir. Bu, dünyanın hər halda bu yola əl atmayacağı anlamına gəlmir, ancaq bizi xilas edəcəyini gözləmək qeyri-realdır. Kollektiv immunitetin müzakirəsi peyvənd hazır olduqda aparılmalıdır. Yalnız bundan sonra pandemiyanı dayandırmağa həqiqətən hazır olacağıq.

Qeyd edək ki, Johns Hopkins İnstitutu tərəfindən edilən bir araşdırmaya görə, gələcək koronavirus peyvəndi hər il yenilənməməli olmayacaq. Məsələ bundadır ki, SARS-CoV-2 ləng mutasiya edir və ştammlarının müxtəlifliyi nisbətən azdır.

Mənbə: www.ens.az