Almaniyada koronavirusdan ölənlərin az olmasının ŞOK SƏBƏBİ - Azərbaycanlı həkim AÇIQLADI

Almaniyada koronavirusa yoluxanların sayının sürətlə artmasına baxmayaraq, “Covid-19”dan ölənlərin az olması diqqət çəkir.

Publika.az-ın məlumatına görə, Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkim Ümid Səlimzadə ATV televiziyasına açıqlamasında bildirib ki, buna səbəb xəstəxanalarda mümkün pandemiya təhlükəsinə qarşı hələ illər əvvəl hazırlıq görülməsidir. Onun sözlərinə görə, koronavirus yayılandan sonra Almaniya hökuməti illər əvvəl hazırlanan planı işə salıb.

“Düzdü planın işə düşməsi biraz gecikdi. Bu da Berlinin ilk dəfə belə hadisə ilə üzləşməsi idi” deyən həkim bildirib ki, Almaniyada bütün koronavirus xəstələri xəstəxanalara yerləşdirilmir.

“Vəziyyəti nisbətən yaxşı olanlar həkim nəzarəti altında evdə müalicə olunur. Bu da xəstəxanalardakı vəziyyəti ağır olan xəstələrə daha çox diqqət ayrılmasına şərait yaradır” - deyə Ümid Səlimzadə əlavə edib.

Qeyd edək ki, Almaniyada indiyə qədər 68180 nəfər virusa yoluxub. 682 nəfər dünyasını dəyişib. Digər ölkələrlə müqayisədə Almaniyada virusa yoluxanlarla virusdan ölənlərin nisbəti olduqca yaxşıdır. Müqayisə üçün bildirək ki, Çində virusa yoluxan 81518 nəfərdən 3305-i, İranda 44605 nəfərdən 3110-u, İspaniyada 94417 nəfərdən 8269-u, Fransada 44550 nəfərdən 3024-ü dünyasını dəyişib.

Anar Türkeş

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Ruslar milyardlarını banklardan çıxarır

SONRAKI XƏBƏR

Koronovirusdan da ağır, sağalmaz xəstəlik siz zavallılarındır - Cəhalət xəstəliyi...