Qan köçürülməsi koronavirusun müalicəsinə kömək edə bilər

Qan köçürülməsi koronavirusun müalicəsinə kömək edə bilər

Hongkong Universitetinin alimləri belə təklif ediblər ki, koronavirusa qarşı mübarizədə koronavirus xəstələrindən qan köçürülməsi xəstəyə kömək edə bilər.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “South China Morning Post” qəzeti yayıb.

Mənbə bildirir ki, dağ siçanı üzərində aparılan təcrübələr bunu təsdiqləyib.

Bioloqlar deyir ki, bu heyvanın ACE2 proteinlərinin quruluşunun insanla oxşarlığını nəzərə alaraq suriyalı qızıl dağ siçanı üzərində təcrübələr aparılıb.

Bu protein koronavirusun hüceyrəyə nüfuz etməsi üçün reseptor sayılır.

İnfeksiyadan sonrakı ilk həftədə heyvanların ağciyərlərində ciddi simptomlar ortaya çıxıb. Ancaq bir həftədən sonra bəzi gəmiricilər tədricən yaxşılaşmağa başlayıb, yenidən çəki alıblar.

Hal-hazırda aparıcı tədqiqatçı, professor Evan Kwokun komandası tibbi etika komitəsindən insanlarda müvafiq tədqiqatlar aparmaq üçün təsdiq gözləyir.

Təcrübələr zamanı ilk dəfə məlum olub ki, yoluxmuş dağ siçanları onlarla eyni hücrədə olan sağlam gəmiriciləri koronavirusa yoluxdura bilirlər.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az