“Raytheon” ABŞ ordusu üçün yeni artilleriya mərmiləri istehsal edəcək

“Raytheon” ABŞ ordusu üçün yeni artilleriya mərmiləri istehsal edəcək

“Raytheon” şirkəti ABŞ ordusu üçün 155 mm kalibrli “Excalibur” artilleriya mərmiləri istehsal edəcək. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə tərəflər arasında 87 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Bildirilir ki, mərmilər 2018-ci ilin avqust ayında Arizona ştatında nümayiş etdirilib.

“Excalibur” ABŞ və müttəfiq ölkələrin ordularınım artilleriya qüvvələri üçün inqilabi, geniş mənzilli, həssas mərmidir. Mərmilər M777 (A2), M109, M198 seriyalı, “Archer” və PzH 2000 də daxil olmaqla çoxsaylı artilleriya sistemləri üçün nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az