5 milyondan çox müştərinin məlumatarı internetə sızdı

5 milyondan çox müştərinin məlumatarı internetə sızdı

Eyni adlı mehmanxana şəbəkəsini idarə edən “Marriott International” şirkəti 5,2 milyona yaxın müştərisinin məlumatlarının sızdığını bəyan edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, müştərilərin məlumatlarını qonaqlara xidmət göstərmək üçün istifadə olunan tətbiq vasitəsilə əldə etmək mümkün olub. Sızma hələ yanvarda baş verib, bu barədə isə bir ay sonra məlum olub.

Qeyd edilir ki, müştərilərin kredit kartlarının və şəxsiyyət vəsiqələrinin məlumatları sızdırılmayıb. Açıq istifadədə ancaq onların əlaqə məlumatları və loyallıq proqramındakı qeydlər haqqında informasiya ola bilər.

Xatırladaq ki, “Marriott International”ın 30 brend altında 130-dan çox ölkədə 7 mindən çox mehmanxanası var.

Mənbə: finans.az