Künc arxasında lülə: Amerikalıları qorxudan atış texnologiyası

Künc arxasında lülə: Amerikalıları qorxudan atış texnologiyası

Bir vaxtlar, düşmən gülləsinə məruz qalmadan, sığınacaq arxasından atəş açmağa imkan verən bir silah gəzdirmək ayıb sayılırdı. Düşməni cəzasızlıq şəraitində məhv etmək əyri lülələrdən istifadə etik hesab edilmirdi. Lakin zaman keçdikcə “şərəfsiz silah” terminini mənasızlaşdıran anlayışlar meydana gəldi və demək olar ki, bütün silah şirkətləri bu məsələnin həlli üçün öz versiyalarını təklif etdilər. Birinci Dünya müharibəsinin sonunda ABŞ-dan olan Albert Pratt bir absurd dəbilqə-tapança təklif etdi.


Albert Prattın dəbilqə-tapança üçün silah patenti

Bu cihazının əsas yumoru atəş üsubundan ibarət idi: bu möcüzəvi dəbilqənin sahibi tətiyi çəkən “armud”u doldurmaq üçün borunu güclə üfürməli idi. Atıcının hədəfi tapandan atəş açana qədər nə qədər vaxt keçdiyi barədə tarix susur. Belə silah texnologiyasının klassikası, əlbəttə ki, əyri bir lülə hesab olunur. İkinci Dünya müharibəsi dövründə almanlar “Krummerlauf” adlanan tüfəng əlavəsindən istifadə etdilər, lakin bu, dəqiq atəşə imkan vermədi və güllənin ballistik xüsusiyyətlərini ciddi şəkildə zəiflətdi.


Almanların StG44 silahı “Krummerlauf” ilə

Sığınacaqdan dəqiq atəş açmağa imkan verən periskop sisteminə malik səngər silahları da mövcud idi. Döyüşçünü nəyin bahasına olursa-olsun düşmən gülləsindən qorumaq istəyinin ifrat təzahürü 1998-ci ildən etibarən həyata keçirilən TRAP T2 proqramı (Telepresent Rapid Aiming Platform) oldu. Bu mexanika döyüş bölgəsindəki ən bahalı döyüşçülərdən olan snayper üçün hazırlanıb. Əslində, TRAP T2 operatorla naqilsiz əlaqəsi olan, silahlı, sabit və uzaqdan idarə olunan bir robotdur. Bu platformaya malik snayper hətta tank silahlarının köməyi ilə atəş nöqtəsinin susdurulmasından ehtiyat etmirdi, çünki texnologiya operatora silahdan 100 metr uzaqlaşmağa imkan verirdi. Lakin çəki, yüksək qiymət və aşağı hərəkətlilik TRAP T2-nin kütləvi silah olmasına imkan vermədi.


“Corner Shot”

Xüsusi təyinatlı qüvvələr üçün nəzərdə tutulan “Corner Shot” (Künc zərbəsi) silahları isə bir çox ölkələr tərəfindən arsenala qəbul edilib. Videokameraya malik “sınan” tapança (tüfəng, 40 mm-lik qumbaraatan) əsas funksiyasını yaxşı yerinə yetirir - hücum əməliyyatları zamanı dar otaqlarda künc arxasından odlu silahla atəş açılır. Lakin adi həyatda o həddindən artıq böyük və bahadır.

Künc arxasından etibarlı və təhlükəsiz atəşin optimal konsepsiyasına ən yaxın olan silah fransızların FELIN kompleksidir. Dəbilqəyə quraşdırılan OVD müşahidə cihazı ilə əlaqə qurmaq üçün FAMAS F1 tüfənginə, FN “Minimi” yüngül pulemyotuna və ya FR-F2 snayper tüfənginə, standart port və interfeys ilə təchiz olunan, kifayət qədər böyük infraqırmızı IEEE 1394 nişangahı quraşdırılır. Lakin burada şəklin aydınlığı və ekranın qətnaməsi qismən zəif hesab olunur.


FELIN


“Land Warrior”

2000-ci illərdə ABŞ, videonun nişangahdan dəbilqəyə quraşdırılan ekrana qədər yayımlanmasını təmin edən “Land Warrior” (Torpaq döyüşçüsü) adlı oxşar bir layihəni həyata keçirdi. Belə bir sistemin ilk versiyalarında çox sayda naqil döyüşçüyə mane olurdu, bəzən isə onun tamamilə döyüşdən çıxmasına səbəb olurdu. Dəstin həddindən artıq çəkisi və dəyəri layihənin ləng inkişaf vəziyyətinə keçməsinə səbəb oldu. ABŞ əsgərləri hələ də onu İraq və Əfqanıstanda fəal şəkildə sınayır.

“Rapid Target Acquisition”

PEO “Soldier”, “BAE Systems” və “DRS Technologies” şirkətlərinin həyata keçirdiyi ABŞ-ın RTA (“Rapid Target Acquisition” - Sürətli hədəf alma) proqramı dünyanın ən yaxşı hərbi yüksək texnoloji atəş texnikasını özündə birləşdirdi: yığcamlıq, aşağı çəki, enerji səmərəliliyi və yüksək qiymət (təqribən 18000 dollar). Burada döyüşçü, M16, M4 və ya M249 silahlarının FWS-I termal nişangahına naqilsiz qoşulan ən son nəsil AN/PSQ-20 dəbilqəüstü monokulyar və ya binokulyar gecəgörmə cihazları ilə təchiz edilir.




“Rapid Target Acquisition” layihəsi çərçivəsində hazırlanan kompleks

Avadanlıq olduqca yığcamdır və kütləvi istifadə vəziyyətində hərbi əməliyyatların mənzərəsini ciddi şəkildə dəyişdirəcək. Əslində onu sığınacaqdan atəş açmaq üçün tamhəcmli sistem də adlandırmaq olmaz. İsrailin “Corner Shot” sistemi daha effektivdir, çünki o atıcının əzalarını künc ətrafından açılan atəşdən tam qoruyur. RTA-da isə sığınacaq arxasından atıcının əli və biləyi bəzi rakurslardan görünür. Lakin ABŞ sisteminin danılmaz üstünlüyü onun universal olmasındadır.

Təlim meydanında sınaq zamanı döyüşçülərin əksəriyyəti sığınacaqda gizlənərək başlarını qaldırmadan həm təqdim olunan hədəflərin əksəriyyətini vurmağı bacardılar, həm də silahları çiyninə söykəmədən tək-tək atəş açmağı öyrəndilər. Buna atıcının gözü önündə yerləşən parlaq hədəf toruna malik termal görüntü cihazı imkan verdi. RTA sistemi atıcı üçün həm ətrafdakı gerçəkliyi 40 dərəcəlik panoramada, həm də silah nişangah nöqtəsindən 18 dərəcəlik vizual zonada müşahidəni təmin etdi.

Əslində bu nəyə gətirib çıxarır? Əgər RTA olmadan eyni döyüşçülər 40 hədəfdən 17-ni, RTA tətbiqi ilə 40 hədəfdən 34-nü məhv edirsə, deməli atıcının silah mənimsəmə və bacarıq səviyyəsinə qarşı tələblər də azalır. Atıcı bacarıqlarının azalması isə qaçılmaz olaraq məsuliyyətin azalmasına səbəb olur. Yüksək standartlı bir peşəkar, sadəcə asanlıqla öldürə bilən növbəti qadjet operatoruna çevrilir. Bundan əlavə, çiyinə söykənməyən silahdan avtomatik atəşin aparılması, geri təpməyə nəzarətin olmaması səbəbindən atəş dəqiqliyinin kəskin azalması ilə nəticələnir.


Üstəlik, belə hallarda atəşin nəticələrinin sıxlığı da bir konsepsiya kimi yox olur: güllələr hər tərəfə uçur, özlərinə və ya mülki şəxslərə də dəyə bilər. Amerikalılar ciddi bir şəkildə bu cür sistemlərin mənimsənilməsinin gənc əsgərlərdə sabit və etibarlı atəş bacarıqlarının formalaşmasına imkan verməyəcəyindən ehtiyat edirlər.

İkinci böyük problem ENVG-B ekranlarında infraqırmızı və termal görüntü kanallarının birləşməsidir. Bəzi iş rejimlərində döyüşçü insanı görmür, yalnız qırmızı rəngin konturlarını seçə bilir. Bu, yeri gəlmişkən, RTA sistemində 24 saat ərzində bu cür həyata keçirilir: döyüşçülər gündüz də dünyaya termal görüntü/gecəgörmə cihazı vasitəsilə baxırlar. O zaman qarşıda silahlı şəxs olduğunu necə müəyyənləşdirmək olar? Əlində nə olduğu (əlbəttə ki, pulemyot və ya qumbaraatan deyilsə) və hansı paltar geydiyi də görünmür. Hədəf döyüşçü kimi müəyyənləşdirilsə də, onun sizin bölmələrə aid olmadığına zəmanət verilmir. RTA sistemi həm nazik divar və qapıların arxasını, həm də duman, qar və güclü yağış şəraitində “görməyə” imkan verir. Bütün bunlar isə əsgər yoldaşlarından kiminsə vurulması riskini ciddi şəkildə artırır.




ABŞ Ordusunun VR eynəklərinin prototip sınaqları

Lakin göründüyü kimi, bu ABŞ ordusunun rəhbərliyini o qədər də narahat etmir. 2021-ci ildə “Microsoft”, 2018-ci ildən bəri hazırladığı “Integrated Visual Augmentation System” (IVAS) layihəsinin işlək cihazlarını təqdim etmək niyyətindədir. “Google Glass” və “HoloLens” eynəkləri hazırda döyüşçü üçün ən vacib olan xəritələri, ətraf ərazinin termal görüntüləmə şəklini, mini dronlarla video gürüntünü və ən əsası da düşmən hədəflərinin işarələnməsini şəffaf matrisada göstərəcək. Bunun insanlara necə tətbiq ediləcəyi bəlli deyil. Bir ehtimal ondan ibarətdir ki, IVAS-a malik döyüşçü, heç bir məsuliyyət daşımadan sistemin təyin etdiyi hədəfləri məhv etmək üçün sadəcə əmrləri yerinə yetirəcək. Bu isə artıq elmi fantastika filmlərindəki “Qatil Kiborq”dan fərqlənmir.

Yazı Evgeni Fedorovun məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

 

Mənbə: ordu.az