Aİ Liviyaya silah daşınmasının qarşısını almaq üçün Aralıq dənizində yeni missiya başladıb

Aİ Liviyaya silah daşınmasının qarşısını almaq üçün Aralıq dənizində yeni missiya başladıb

Avropa İttifaqı BMT tərəfindən Liviyaya tətbiq olunan silah embarqosuna nəzarət etmək üçün Aralıq dənizində yeni missiya başladıb. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni missiya aprelin 1-dən etibarən rəsmi olaraq fəaliyyətə başlayıb.

Bildirilir ki, “İrini” adlanan dəniz missiyası martın 20-də başa çatan “Sophia” əməliyyatını əvəz edəcək.

“Bu missiyanın necə həyata keçiriləcəyi ilə bağlı altı həftəlik mürəkkəb və çətin danışıqlar həyata keçirilib. Artıq bütün texniki detallar barədə razılığa gəlilib”, - deyə İttifaqın xarici əlaqələr üzrə nümayəndəsi Cozef Borell bildirib.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az