Koronavirusla bağlı daha bir müalicə üsülü TAPILDI

Honqkonq Universitetinin alimləri koronavirusdan müalicənin daha bir metodunu müəyyən ediblər. Onların sözlərinə görə, bədənə qan köçürülmə koronavirus infeksiyası ilə mübarizədə çox kömək edir.

“Ölkə.Az” “South China Morning Post” qəzetinə istinadən xəbər verir ki, qan köçürülməsi bədəndə immuniteti gücləndirir. Çinli mikrobioloqlar qızıldərili gəmiricilər üzərində təcrübə aparıblar. Onlar əvvəlcə gəmiricini virusa yoluxdurublar. Virus birinci həftə onun ağ ciyərlərində, immun sistemində və bağırsaqlarında ciddi simptomlar yaradıb. Bir həftədən sonra isə gəmiricilər tədricən sağalmağa və qanlarında xəstəliyə qarşı müqavimət artmağa başlayıb.

Bundan sonra mütəxəssislər sınaqdan keçən gəmiricilərin qanını sağlam gəmiricilərə köçürərək, onları virusa yoluxdurublar. Nəticədə bəlli olub ki, virusun təsiri orqanizmdə 10 dəfə aşağı düşüb.

Hazırda alimlər bu təcrübəni insanlar üzərində keçirmək üçün tibbi etik komitənin rəyini gözləyirlər.

Bundan əlavə Federal tibbi-bioloji agentlik koronavirus infeksiyasının müalicəsi üçün “Mefloxin” pereparatını təqdim ediblər. Bu preparat Çin və Fransada koronavirus infeksiyasının müalicəsindən sınaqdan çıxarılıb. “Mefloxin” dərmanı koronavirus infeksiyasının müalicəsi zamanı öz müsbət təsirini göstərə bilər.

Mürtəza

Ölkə.Az

Olke.az

ƏVVƏLKİ XƏBƏR

ŞOK: ABŞ-da avtomobili it sürdü, polislər təqib etdi – Kinosayağı əməliyyat

SONRAKI XƏBƏR

Koronavirus əleyhinə qayda pozanlara cinayət işlərinin açılması vaxtı çatıb