Məşhur ufoloq asteroidin üstündə yadplanetlilərin bazasını kəşf etdi (VİDEO)

Məşhur ufoloq asteroidin üstündə yadplanetlilərin bazasını kəşf etdi (VİDEO)

Məşhur Tayvan ufoloqu Skott Varinq NASA-nın rəsmi görüntülərini tədqiq edərək tapıntılarını mütəmadi olaraq ictimaiyyətə nümayiş etdirir və fikirlərini bölüşür.

Qaynarinfo xəbər verir ki, bu dəfə NASA tərəfindən çəkilən bir fotoşəkildən Yerə yaxın olan asteroid Erosun səthini araşdırıb və maraqlı tapıntı əldə edib. (esoreiter.ru)

Ufoloqun dediyinə görə, asteroid Erosun səthində düzbucaqlı formaya malik açıq şəkildə görünən süni şəkildə yaradılmış bir konstruksiya var. Ufoloq NASA-nın bu konstruksiyanı gördüyünü, ancaq kosmik agentliyin bu haqda açıqlamalarının çox proqnozlaşdırıla bilən və primitiv olduğunu deyib. NASA alimlərinin fikrincə, bu, 45 metr (148 fut) ölçüdə böyük düzbucaqlı bir obyektdir. Bu tapıntı ilə bağlı heç bir əlavə izahatları yoxdur.

Ufoloq hesab edir ki, NASA bu obyektə kifayət qədər əhəmiyyət verməyib, ancaq indi əmindir ki, bundan sonra alimlər bu və ya digər şəkildə reaksiya göstərəcəklər. Ən azından artıq bu obyekti silə və ya rəngləyə bilməyəcəklər.

Yeri gəlmişkən, əvvəllər Amerika alimi Ceyms Benford (James Benford) planetimizlə eyni orbitdə hərəkət edən kosmik cisimlərin yad sivilizasiyaların zondları ola biləcəyi barədə fərziyyə irəli sürüb. Onun fikrini bütün elm adamları dəstəkləməyib, ancaq kim bilir, bəlkə Eros elə bu tip asteroidlərdən biridir.

Alpər

Mənbə: qaynarinfo.az