Apple məşhur tətbiqi satın aldı

Apple məşhur tətbiqi satın aldı

Apple şirkətinin atdığı addım Android istifadəçilərinin hava haqqında məlumat almasını müəyyən qədər məhdudlaşdıracaq.

TED.az xəbər verir ki, buna səbəb Apple-nin Dark Sky adlı hava məlumatları tətbiqini satın almasıdır.

Bu barədə Dark Sky rəsmiləri bloq hesablarında məlumat veriblər.

Məlumatda Apple-ın köməyi ilə tətbiqin daha çox istifadəçiyə çatdırılacağı bildirilib.

Qeyd dilieb ki, Dark Sky artıq Android istifadəçiləri üçün mövcud olmayacaq. Hazırda Dark Sky işlədən Android istifadəçiləri isə bu tətbiqdən iyulun 1-nə qədər yararlana biləcəklər.

Mənbə: ted.az