"Nar" pulsuz internet paketinə limit qoyub?

"Nar" pulsuz internet paketinə limit qoyub?

"Ölkənin bu çətin və birliyə ehtiyacı olan bu günlərdə "Nar" mobil operatoru gecə saat 00:00-dan etibarən pulsuz olan internet paketlərinə sürət limiti qoyub".

Index.az xəbər verir ki, bu məlumatı sosial şəbəkə istifadəçiləri paylaşıb.

"Gün ərzində eyni yerdə yüksək sürət olduğu halda, gecə yarısından sonra sürət 2 meqabaytdan o tərəfə keçmir. Gün ərzində isə 4G ilə meqabaytlar uçur. İnsanlara dəstək olmaq, yardım əlini uzatmaq əvəzinə, yardım etməkləri kənara, onlar bu yolla bizə badalaq vururlar. Özlərindən soruşsanız, inkar edəcəklər. Boyunlarına heç nə qoymaq olmur onsuz. Heç yerdə də rəsmi məlumat yoxdur. Lakin gün ərzində bir neçə yerdə yoxlanılıb və məlumat dəqiqləşdirilib. Ayıb olsun!", - deyə Ali İmran adlı istifadəçi yazır.

İstifadəçi paylaşımına fotofakt da əlavə edib.

"Nar"ın mətbuat xidmətindən Index.az-ın sorğusuna cavab olaraq bildirilib ki, mobil operator internet paketlərinə heç bir məhdudiyyət qoymayıb: "Belə ki, abunəçilər “Nar”ın “XL”, “2XL” və “3XL” paketlərini sifariş etməklə, müvafiq trafik həcmi əldə etməklə yanaşı, gecə saatlarında internetdən pulsuz və limitsiz yararlana bilərlər. Nəzərinizə çatdıraq ki, internetin sürəti aktiv abunəçilərin sayından, baza stansiyasının istifadəçi ilə arasındakı məsafəsindən və bu stansiyanın yükündən asılıdır".

Mənbə: index.az