Mail.ru e-poçt xidməti “çökdü”

Mail.ru e-poçt xidməti “çökdü”

Rusiyanın Mail.ru elektron poçt xidməti "çöküb".
TED.az xəbər verir ki, bu haqda "Downdetector" portalı məlumat yayıb.
Məlumata görə, istifadəçilərin 65% e-poçtun işləmədiyini, 27%-i saytın açılmadığını, 8%-i isə şəxsi hesablarına daxil ola bilmədiklərini qeyd ediblər.
Qeyd edək ki, elektron poçtun çökməsi haqqında yalnız Rusiyadakı istifadəçilər şikayət ediblər. Daha çox şikayət isə Moskva, Sankt-Peterburq, Perm şəhər sakinlərindən gəlib.
Hələ ki, platformanın "çökmə" səbəbi məlum deyil.

Mənbə: ted.az