BİRlink bütün abunəçilərinə 200-də TV kanalının yayımını əlavə ödənişsiz təqdim etdi

BİRlink bütün abunəçilərinə 200-də TV kanalının yayımını  əlavə ödənişsiz təqdim etdi

Telekommunikasiya xidmətlərinin təminatçısı olan ENGİNET şirkətinə məxsus "BİRlink" brendi “Evdə qal” kampaniyasını dəstəkləyərək, abunəçilərinin sağlamlığını və onların evdə olduğu müddətdə vaxtlarını daha maraqlı keçirmələri üçün geniş çeşidli televiziya paketinin yayımı artırdı.

Abunəçilər bir ay müddətində 200-dək televiziya kanallarına heç bir əlavə ödəniş etmədən baxa biləcəklər.

Qeyd edək ki, genişləndirilmiş paketə filmlər, seriallar və uşaq cizgi filmləri, proqramları, həmçinin musiqi və idman məzmunlu kanallardan ibarət 200 kanal daxildir. 170, 171 və 172 nömrəli telekanallar üçün BIRLink tərəfindən abunəçilərin müsbət əhval-ruhiyyəsi və rahatlığı üçün filmlər, seriallar və cizgi filmlərdən ibarət xüsusi proqram ilə kartoteka hazırlanmışdır.

 

 

Mənbə: metbuat.az