WhatsApp bir neçə qurğunun dəstəyini alacaq

WhatsApp bir neçə qurğunun dəstəyini alacaq

WhatsApp uzun illərdir ki, dünyada ən populyar mesajlaşma tətbiqi statusunu qoruyub saxlasa da, bir çox funksiyada rəqiblərindən geri qalır. Məsələn, Messencerdə yaradılan bir hesabla eyni anda iki cihazda - smartfonda və planşetdə istifadə etmək mümkün deyil.
TED.az xəbər verir ki, "WAbetainfo"nun məlumatın əsasən, yaxın zamanda vəziyyət dəyişəcək.
Android və iOS üçün WhatsApp-ın beta versiyasında tətbiqin bir neçə cihaz tərəfindən dəstəklənəcəyinə dair dəlillər də mövcuddur.
Proqramçılar artıq digər cihazlarda yerləşdirmək üçün mesajların şifrələmə sistemini də hazırlayıblar. Bu sistem cihazdakı hesablara quraşdırıldıqdan sonra istifadəçilər bildiriş alacaqlar.
Əgər şirkət bu fikrindən daşınmasa, o zaman bir WhatsApp hesabı ilə istifadəçi eyni anda bir neçə cihazda hesabını idarə edəcək.
Bu yenilik hələ ki, hazırlıq mərhələsindədir. Funksiyanın rəsmi olaraq nə zaman istifadəyə veriləcəyi hələ ki, məlum deyil.

Mənbə: ted.az