Rusiyalı infeksionist koronavirusun bitəcəyi tarixi açıqladı

Rusiyalı infeksionist koronavirusun bitəcəyi tarixi açıqladı

Rusiyalı infeksionist Vladimir Nikiforov ölkəsində koronavirusun bitəcəyi tarixdən danışıb.

Axşam.az xəbər verir ki, verilişlərin birində qonaq olan Vladimir pandemiyanın azalmasını 12 həftə sonra müşahidə olunacağını bildirib:

“Rusiyada xəstəliyin kütləvi yayılması 8-10 aprel tarixlərində gözlənilir. İnfeksiya insanlar arasında pik həddə çatdıqdan sonra koronavirusa yoluxma halları azalacaq. Bir qayda olaraq, bu müddət 10-12 həftə çəkəcək. COVİD-19-un yay aylarında bitəcəyi isə dəqiqdir”.

Mənbə: axsam.az