Mansory Bentley Flying Spur üçün tüninq dəsti hazırlayıb - FOTO

Mansory Bentley Flying Spur üçün tüninq dəsti hazırlayıb - FOTO

Mansory tüninq atelyesi yeni Bentley Flying Spur sedanı üçün hazırladığı heyrətləndirici tuning layihəsini nümayiş etdirib. Atelye dizaynerləri Dizaynerlər yumru formalı sükan çarxını qeyri-adi formalısı ilə əvəzləyiblər. Bundan başqa, sedanın sanballı kuzov detalları karbondan hazırlanmış idman üslublu elementlər ilə əvəzlənib.

Mansory stilistləri, tərtibatına təxminən üç yarım saat çəkən ənənəvi Bentley sükanının əvəzinə, sanki steroidlərlə şişirdilmiş qəribə formalı sükan çarxını quraşdırıblar. Sükan çarxının mərkəzi hissəsi və düymələri toxunulmamış qalsa da, Bentley loqotipi yerini Mansory embleminə verib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, zahiri cəhətdən Bentley Flying Spur Mansory modeli kapotdakı yarıqları, aerodinamik yan ətəkləri, ön splitterin iri "dodağı", diffuzor, baqaj qapağındakı spoyler və buraxılış sisteminin yeni formalı cütlənmiş çıxış boruları ilə tanınır. Bundan əlavə, nümayiş nümunəsi kuzovun yan cizgilərində, kapot xəttində və tüninq dəstinin digər elementlərindəki qırmızı haşiyələr ilə seçilir.

Bentley sedanı eksklüziv dizayna malik olan 22-düymlük təkər diskləri ilə təchiz edilə bilər. Sifarişçi retro üslubunda çoxmilli və ya beş yarpaqlı yonca naxışına malik olan idman disklərindən birini seçə bilər.

Mansory mütəxəssisləri Flying Spur modelinin mühərriki üzərində də işləyiblər. Proqram təminatının təkmilləşdirilməsi sayəsində 6.0-litrlik W12 mühərrikinin gücü 635 at qüvvəsindən 720 at qüvvəsinə, fırlanma anı isə 900 Nm-dən 1000 Nm-ə qədər artırılıb. "Bərkgedən" sedanın 100 km/saat həddinə sürətlənməsi zamanı 0,2 saniyə yaxşılaşdırılıb - indi bu işə 3,6 saniyə sərf edilir.

Mansory tüninq dəstinin qiyməti açıqlanmayıb. Üçüncü nəsil Flying Spur sedanları bir ay bundan əvvəl Bentley dilerlərinin salonlarına peyda olub. Odur ki, Bavariya atelyesi yeni sedan üçün tüninq dəstini hazırlamış ilk atelye hesab etmək olar..

Milli.Az

Mənbə: news.milli.az