"Smart virus belə keçid üçün hökümətin keçən 16 ildə edə bilmədiyini sanki bir aya elətdirmək üzrədi"

"Smart virus belə keçid üçün hökümətin keçən 16 ildə edə bilmədiyini sanki bir aya elətdirmək üzrədi"

Koronavirus sürətlə yayılmaqda davam edir. Amma zərbəsi əsasən cəmiyyətin və texniki tərəqqinin qarşısını almaq istəyənlərə dəyir, inkişaf, tərəqqi tərəfdarlarını, elmi-texnoloji inkişafı stimullaşdırır. Sanki, bu virusun bütün fəaliyyəti addım-addım əvvəlcədən proqramlaşdırılmışdı, buna görə də bu virusa “SMART VİRUS” adı daha uyğundu. Bu virusun böyük məlumatını (Big data) hər hansı emal proqramına (Data science) verəsi olsan, eyni nəticə çıxaracağına tam əminəm. Brexitin aparıcı qüvvəsi olan Consonun və ya Çarlızın da bu virusa yoluxması təsadüfi olmaya bilər.

20-25 ildir ki, dünya miqyasında Elektron hökümətə, elektron idarəçiliyə keçid üzrə proqram qəbul olunmuş, rəsmən klassik dünya ilə yanaşı virtual dünya yaranmışdı. Bununla əlaqədar Virtual dünya ilə klassik dünya arasında geniş mübarizə başlamışdı. Virtual dünya-elmi-texnoloji, İT tərəfdarları çox daha güclüdü (trilyoner şirkətlərin hamısı elmi şirkətlərdi), klassik dünya qrupu zəifləməkdə davam edir (əsasən yaşlı nəsil, qeyri texnoloji sistem sahibləri, dindarlar, diktatorlar və s), amma təpki-güclü müqavimət göstərir. Bizim ölkədə də 2004-cü ildə E-hökümətə keçid proqramı qəbul olunsa da hələ bu heç 30% -də yerinə yetirilməmişdi. Smart virus belə keçid üçün hökümətin keçən 16 ildə edə bilmədiyini sanki bir aya elətdirmək üzrədi. Prezident 2018-ci ildə E-hökümətə keçidin 20-ci ildə başa çatdırılması haqqında qəti və kəskin göstəriş vermişdi, amma fevral ayına heç 30% işlər tamamlanmamışdı və mən fikirləşirdim ki, 2025-ci ilə də bitməyəcək. Amma bir ay ərzində məcburən o qədər böyük işlər görüldü ki, Smart virus bir az da davam etsə bəlkə də prosesi 2020-ci ildə başa çatdırmaq mümkün olar. Bir yalnız təhsil sisteminimn onlayn sistemə keçirilməsi ən azı 3 milyon əhalinin Rəqəmsal savadsızlıq bəlasından qurtaracaq. Belə tədbirlər VİRTUAL (RƏQƏMSAL) SAVADSIZLIĞIN aradan qaldırılmasının mühüm ilkin əlamətlərindəndir. 1920-30-cu illərin KÜTLƏVİ (KLASSİK) SAVADSIZLIĞI cəmiyyətin inkişafına necə dağıdıcı təsir edirdisə, müasir dövrün rəqəmsal savadsızlığı bir o qədər cəmiyyətə böyük zərbə vurur.

100 il əvvəl Azərbaycan əhalisinin cəmi 12%-i oxuyub yazmağı bacarırdı, Sovet fəhlə-kəndli məktəbləri qısa zaman ərzində klassik savadsızlığa son qoydu, indi eyni münvalla RƏQƏMSAL SAVADSIZLIQ dağıdıcı fəaliyyətdədir. Əgər universitetlərin professorları Rəqəmsal əlifbanı bilmirsə, o cəmiyyət necə inkişaf edə bilər, Rəqəmsal dünyada necə fəaliyyət göstərə bilər? Ən üst düzeydə parlament üzvləri, dövlət məmurları içərisində nə qədəri Rəqəmsal əlifbanı bilir? Sovet fəhlə-kəndli məktəblərinin rəqəmsal variantının yaradılması vaxtı çatmayıbmı? Rəqəmsal dünya elm, tərəqqi, rahatlıq və asanlıq dünyasıdır: bütün istiqamətlərdə ümumi səmərəni dəfələrlə artırır, korrupsiyaya dağıdıcı zərbə endirir, tam şəffaflığı və demokratikliyi təmin edir, vaxta və resurslara 50-98% qənaət edir, rahatlığı təmin edir.

SMART VİRUS məcbur edir: RƏQƏMSAL SAVADSIZLIĞA SON!

Mənbə: moderator.az