Bu il IT xərcləri azalacaq - PROQNOZ

Bu il IT xərcləri azalacaq - PROQNOZ

"COVID-19" IT xərclərinə mənfi təsir göstərir

"Bir ay əvvəl ehtimal edirdik ki, koronavirus IT xərclərinə təsir etməyəcək və bu sahədə 1% artımın da olacağını gözləyirdik. Lakin hazırkı vəziyyətə əsasən deyə bilərik ki, ötən illə müqayisədə bu il IT xərcləri 2.7% azalacaq".

TED.az xəbər verir ki, bu haqda IDC şirkətinin mütəxəssisləri məlumat yayıb.

Məlumata görə, "COVID-19" pandemiyası dünya iqtisadiyyatına təsiri göstərir və bir çox şirkətləri, təşkilatları kritik hadisələr üçün qərar qəbul etməyə məcbur edir: "Bu isə perspektivdə olan xərcləri azaldır. Cari ildə planşet, kompüter, smartfon və digər elektronik qurğuların xərcləri azalacaq. Sözügedən qurğuların ümumi xərcləri 8.8% azalacağını proqnoz edirik. İnfrastruktur xərcləri 5.3%, server qurğularının xərcləri 3.3%, şəbəkə qurğularının xərcləri isə на 1.7% azalacaq".

Mənbə: ted.az