Türkiyə F-16-lara dost-düşmən vasitələrini tanıyan cihazlar quraşdıracaq

Türkiyə F-16-lara dost-düşmən vasitələrini tanıyan cihazlar quraşdıracaq

Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələrində dost-düşmən (özümün- özgənin) vasitələrinə sorğu verəcək ASELSAN IFF "Mod 5/S Responder" cihazlarının kütləvi istehsalına başlanılıb. Ordu.az xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi Müdirliyi ilə ASELSAN arasında 2018-ci ildə imzalanan Dost Düşməni Tanıma Sistemi "Mod 5" (IFF) Satınalma və Layihə Müqaviləsi çərçivəsində, ASELSAN şirkətinin hazırladığı və istehsal etdiyi IFF "Mod 5/S" Cavablandırma cihazlarının Hərbi Hava Qüvvələri Komandanlığının silahlanmasında mövcud olan F-16 Block 30TM təyyarələrinə inteqrasiyasına başlanılıb.

Türkiyə Rabitə və İnformasiya Texnologiyaları Sektor İdarəsi əsas müqavilə tərəfidir. IFF Mod 5/S Responder cihazının dizayn işləri tamamlanıb və kütləvi istehsalına başlanılıb. Təyyarələrdə inteqrasiya fəaliyyətləri Mikroelektronika və Elektron-Optik Sektorun Rəhbərliyinin məsuliyyəti altında davam edir.

Bu çərçivədə prototip təyyarələrindəki inteqrasiya fəaliyyətləri tamamlanıb və ilk uçuş sınağı uğurla həyata keçirilib.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az